“Radiologiya” adlı dərslik nəşr edilib

Azərbaycan Tibb universitetinin əməkdaşı tərəfindən ana dilimizdə radiologiya sahəsinə dair dərslik hazırlanıb

 ATU-nun Elmi işlər üzrə prorektoru, Şüa diaqnostikası kafedrasının müdiri, professor Məlahət Sultanın müəllifi olduğu dərslik  tələbələr, rezidentlər və gənc həkimlər üçün nəzərdə tutulub. 
 "Radiologiya" dərsliyində müasir şüa diaqnostikasında istifadә edilәn bütün müayinәlәr geniş vә әtraflı şәrh edilmiş, onların müxtәlif xәstәliklәrin diaqnostikasında tәtbiqi prinsiplәri işıqlandırılıb. Kitabda radiologiyanın bütün sahələrinə aid şəkillər öz əksini tapıb. Dәrsliyin məqsədi tələbələri bu sahәyə dair dərin elmi biliklərlə tanış etmək, həm də  daim inkişaf edәn radiodiaqnostika elminә  maraq vә hәvәsi artırmaqdır. 

 Qeyd edək ki, "Radiologiya" dərsliyi 263 səhfədən ibarətdir.  Bundan əvvəlki "Şüa diaqnostikası” adlı dərslik uzun illər ərzində kafedraya rəhbərlik etmiş professor Bahadur Baxşıyevin müəllifliyi ilə  2012-ci ildə çap edilib.