Fevralın 14-də Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşəbbüsü ilə universitetin əməkdaşları üçün EBSCO resursları ilə bağlı vebinar keçirilib
294 nəfərin iştirak etdiyi vebinarı Moldova, Mərkəzi Asiya və Qafqaz regionu üzrə müştəri təlimləri mütəxəssisi İrina Serjan açıb. Vebinarda ATU-nun tammətnli elektron tibbi elmi resurslara çıxışı və onlardan istifadə, praktiki, maarifləndirici və tədris fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda ATU-nun marağında olan resursların üstünlükləri izah olunub, əlçatanlığı, praktik əhəmiyyəti nümayiş etdirilib.
İştirakçılara universitetin İP ünvanlarından distant olaraq istifadə edərək DynaMed, Medline Ultimate, İmage Base resurslarından bəhrələnmək qaydaları da izah edilib.
Vebinar zamanı iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb və hər bir iştirakçının sertifikatla təmin olunması nəzərdə tutulub.