Səhiyyə Nazirliyində ATU-nun rezidentləri ilə görüş baş tutub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Azərbaycan Tibb Universitetinin rezidentləri ilə görüş baş tutub

 Tədbirdə Gigiyena və epidemiologiya ixtisası üzrə təhsil alan rezidentləri maraqlandıran məsələlər müzakirə olunub.

Görüşdə Səhiyyə Nazirliyinin ictimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva iştirak ediblər.

Onlar Gigiyena və epidemiologiya ixtisası üzrə təhsilin gələcək perspektivləri, bu sahədəki layihələr, məzunarın işlə təminatı sahəsində irəli sürülən tələblər, dövlət qulluğuna qəbul və vakansiyalar barədə məlumat veriblər, həmçinin tələbələrin suallarını cavablandırıblar.