ATU-nun Ortopedik stomatologiya kafedrasının əməkdaşı Narın Babayeva diş köklərinin anatomiyasına həsr olunmuş V beynəlxalq layihədə Azərbaycanı təmsil edib. 44 ölkədən 44 beynəlxalq səviyyəli endodontiya mütəxəssisinin qatıldığı layihədə hər bir endodontist CBCT (kompüter tomoqrafiyası) əsasında öz ölkəsinin etnik xüsusiyyətlərini nəzərə almaqla 2200 diş üzərində diş köklərinin anatomiyasını öyrənib və nəticələri barədə xüsusi tərtib olunmuş Exel sənəddə qeydlər aparıb.
ATU əməkdaşının apardığı araşdırmaların nəticələri də endodontiya sahəsində dünyanın 1 nömrəli, Q1 səviyyəli JOE (JOURNAL OF ENDODONTICS) jurnalında 4 məqalə ilə nəşr olunub.