Son illər Azərbaycan Tibb Universitetində (ATU) müxtəlif kurslar üzrə ödənişli əsaslarla təhsil alan tələbələrin bir qisminin dövlət hesabına təhsil almasına imkan yaradılır. Bu il də akademik göstəriciləri yüksək olan 6 tələbə ödənişli əsaslarla təhsildən, dövlət sifarişi əsasında təhsil formasına keçirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu tədris ilində dövlət sifarişi üzrə təhsil şansı qazanan tələbələrlə görüşüb. Görüş zamanı ATU rektoru Gəray Gəraybəyli tələbələri təbrik edib, dövlət sifarişi əsasında təhsilin verdiyi üstünlüklərdən danışıb, onlara daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, il ərzində dövlət hesabına plan yerləri boşaldıqca, ödənişli təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələrin ora keçidinə şərait yaradılır. Bu zaman təhsil illərində tələbələrin topladığı ballar nəzərə alınır.
Görüşdə ATU-nun Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov və dekanlar iştirak ediblər.