13-15 fevral tarixlərində İtaliyanın Florensiya şəhərində “Soft Tissue Management, the key to improve your daily practice” (“Yumşaq toxumaların idarə edilməsi, gündəlik təcrübəni təkmilləşdirməyin açarı”) mövzusunda MDS & Friends qurumunun təşkilatçılığı ilə simpozium keçirilib.
Azərbaycan Tibb Universitetini bu nüfüzlu tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent, ixtisasca stomatoloq olan Mahir Səfərov təmsil edib.
Simpoziumda bir sıra görkəmli ekspertlər stomatologiya sahəsində aktual mövzular üzrə çıxış edib öz təcrübələrini paylaşıblar. Tədbir çərçivəsində implant, stomatoloji alətləri nümayiş etdirən böyük sərgi təşkil olunub.