Atatürk Universitetinin Tibb bacılığının əsasları kafedrasının professoru Mağfiret Kaşıkçı Orhun mübadilə proqramı çərçivəsində universitetimizin qonağı olub
O, 5 gün müddətində Tibb və sağlamlıq elmləri təhsili kafedrasında fəaliyyət göstərərək, Tibb bacılığı ixtisası üzrə təhsil alan tələbələrə “Türkiyədə tibb bacılığı”, “Dərman tətbiqləri” mövzularında mühazirələr oxuyub. Eyni zamanda kafedra əməkdaşları üçün “Dəyər əsaslı səhiyyə xidməti” mövzusunda məruzə edib. Məruzədən sonra professor kafedra əməkdaşları ilə Tibb bacılığı ixtisasında bacarıq əsaslı tədrisin əhəmiyyətindən danışaraq, gələcəkdə bu sahədə ortaq, çoxmərkəzli tədqiqatların həyata keçirilməsi üçün müzakirələr aparıb. Qonaq Azərbaycanda olmaqdan və ölkəmizdəki mütəxəssislərlə əməkdaşlıqdan məmnunluğunu bildirib.