6-8 may 2025-ci il tarixində Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalı keçiriləcəkdir
Festivalın məqsədi qlobal tibb ictimaiyyətinin təcrübə və biliklərini birləşdirmək, müvafiq akademik proqram təqdim etmək, həkimlərin kliniki fəaliyyətində faydalı olacaq praktik seminarlar və ustad dərsləri keçirməkdir.
Festival çərçivəsində iştirakçılar aşağıdakı qaydada qiymətləndiriləcək:
-İştirak – 3 bal
-Qəbul edilmiş tezis – 6 bal (ATU-nun bal-reytinq sisteminə əsasən)
-Poster məruzə – 7 bal
-Şifahi (oral) məruzə – 10 bal
Aşağıdakı linkdən festivalda iştirak formaları ilə tanış ola bilərsiniz:
Yüklə: Tibb Festivalı
Tibb Festivalı proqramı : Proqram