Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Rumıniyada keçirilən beynəlxalq konqresdə iştirak edib.
“Mükəmməlliyi inkişaf etdirməklə gələcəyi hazırlayırıq” mövzusunda tədbir Yaşi şəhərində yerləşən Apollonia Universitetində baş tutub. M.Orucov konqresin "Biotibbi yeniliklər” bölməsində moderatorluq edib və “Hepatosellulyar karsinomanınmolekulyar patogenezi və müasir terapevtik yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Səfər müddətində M.Orucov ATU-nun tərəfdaşlıq etdiyi Apollonia Universitetinin rəhbərliyi ilə görüşüb, gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb. Səfər Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilib.