Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi Samirə Məmmədova Going Global Partnerships təşəbbüsü çərçivəsində, British Council tərəfindən təşkil olunan “Researcher Connect Online Training” proqramında müvəffəqiyyətlə iştirak edib.
Qeyd edək ki, bu təlim elmi kommunikasiyalar və beynəlxalq əməkdaşlıq bacarıqlarının inkişafına yönəlmiş bir təlim idi. Təlimin məqsədi tədqiqatçıların elmi tədqiqatları effektiv təqdim etmə bacarığını artırmaq, akademik savadlılığın təkmilləşdirilməsi və beynəlxalq peşəkar əlaqələrin qurulmasını təmin etməkdən ibarət olub. Odur ki, əməkdaşımızın belə proqramlarda iştirak etməsi elmi inkişaf və qlobal akademik ictimaiyyətə inteqrasiya üçün yeni perspektivlər açmağa zəmin yaradır.