ATU-da qrant layihələrinin yazılışı üzrə təlim keçiriləcək

ATU-da qrant layihələrinin yazılışı üzrə “Təklifdən uğura doğru” mövzusunda təlim keçiriləcək. Təlimdə gənc alimlər və tədqiqatçılar üçün qrant imkanları, uğurlu qrant təkliflərinin hazırlanması ilə bağlı tövsiyələr səsləndiriləcək. Həmçinin, TÜBİTAK qrant layihələrinə müraciət qaydaları, Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin şərtləri haqqında məlumat veriləcək.

Təlim 17 mart saat 14:00-da ATU-nun Elmi Araşdırma Mərkəzində baş tutacaq.

Qrant layihələri ilə maraqlanan gənc alim və tədqiqatçılar, doktorant və magistrantlar təlimdə iştirak edə bilərlər.