ATU-da tələbə klublarının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən klubların rəhbər nümayəndələri ilə  görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov görüşdə çıxış edərək tələbələrin fəallığını yüksək qiymətləndirib. O, gələcək həkimlərin şəxsi inkişafına nail olması və asudə vaxtlarını səmərəli keçirməsi üçün ATU-da hər cür şərait yaradıldığnı qeyd edib. M.Səfərov tibb tələbələrinin cəmiyyətə töhfə verəcək tədbirlərdə iştirakının, klub üzvlərinin təşkilati məsələlərin həlli ilə bağlı daim dəstək ala biləcəklərini bildirib.

ATU THİK-ın sədri Qoşqar İsmayılov universitet nəzdində mövcud olan klublar, onların fəaliyyəti, qarşılarında duran vəzifələr və planlar haqqında ətraflı məlumat verib. ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova klub rəhbərlərinə universitetin sosial işlərində daha aktiv olmağa və tədbirlər keçirməyə dəvət edib. Qeyd olunub, ki ATU-da oxuyan tələbələr hər zaman universitetlərarası tədbirlərdə və yarışlarda ATU-nu layiqincə təmsil edirlər. Qoşqar İsmayılov  ATU-da  rəsm, teatr, ədəbiyyat, debat, psixologiya və digər sahələr üzrə fəaliyyət göstərən klublarda həm yerli, həm də xarici tələbələrin məşğul olduqlarını vurğulayıb.

Görüşdə iştirak edən tələbələr də klubların fəaliyyətinin gücləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.