ATU-nun əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər  

ATU-nun Əczaçılıq fakültəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
 Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Mart ayında qeyd olunan iki əhəmiyyətli tədbir - Novruz və Ramazan bayramına həsr edilən aksiya zamanı Dendrologiya İnstitutunun yetişdiriyi bitkilər və  ağaclar müxtəlif ərazilərə əkilib. 
Aksiyanın məqsədi yaşıllıqların artırılmasını və ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması, sağlamlaşdırılmasına töhfə verməkdir. Həmçinin, atmosferi oksigenlə zənginləşdirmək, təbiətin mühafizəsi kimi mühüm işə gənc nəslin cəlb edilməsinə nail olmaq, ekoloji istiqamətdə maarifləndirmənin aparılmasıdır. 
Aksiyada Azərbaycan Tibb Universitetinin İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Dendrologiya İnstitutunun baş direktoru b.ü.f.d., dosent Minarə Həsənova rəhbərliyi ilə qurumun əməkdaşları, həmçinin ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova və digər rəhbər şəxsləri, ATU-nun əczaçılıq fakültəsinin fəal tələbələri iştirak ediblər.