Rektor Gəray Gəraybəyli şəhid ailə üzvləri olan əməkdaşlarla görüşüb

Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşlar arasında görüş keçirilib

ATU-nun rektoru, professor Gəray Gəraybəyli görüş iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.

Rektor qeyd edib ki, 30 il həsrəti ilə yaşadığımız torpaqlarımız artıq 5-ci ildir ki, Milli Ordumuzun şücaəti, yenilməzliyi sayəsində öz azadlığına qovuşub. Cənab Prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasət nəticəsində yetişən vətənpərvər nəslin nümayəndələri Qarabağın azadlığı yolunda öz canlarından keçiblər. Həmçinin şəhid olan həkimlərimiz sonsuz Vətən sevgisi ilə böyük fədakarlıqlar nümayiş etdiriblər.

Azərbaycan xalqının onları heç vaxt unutmayacağını deyən professor G.Gəraybəyli, dövlətimizin hər zaman şəhid ailəsi üzvlərinin və qazilərin yanında olduğunu vurğulayıb.

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov əlavə edib ki, universitetimizin əməkdaşı olan şəhid ailəsi üzvləri rəhbərliyin qayğısı ilə əhatə olunub və onların sosial problemlərini həllinə yardım göstərilməsi daim diqqət mərkəzindədir.

Görüşün sonunda rektor G.Gəraybəyli bir daha hər kəsi bayramlar münasibətilə təbrik edib, bütün xalqımıza yalnız xoş günlər nəsib olmasını arzulayıb.