II Müalicə-profilaktika fakültəsində TEC-a üzv olmaq üçün seçim mərhələsi keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin Ailə təbabəti kafedrasında Tələbə Elmi Cəmiyyətinə üzv olan tələbələrin kafedradaxili seçim mərhələsi keçirilib

Seminarda professor-müəllim heyəti və kafedrada tədris alan azərbaycan, rus və ingilis bölmələrindən olan III, IV, V və VI kurs tələbələri iştirak ediblər. Kafedradaxili seçim mərhələsində müvafiq kurslardan olan 18 tələbə tədris proqramına uyğun olan mövzularla çıxış ediblər. Seçim mərhələsində tələbələrin çıxışlarına kafedranın müəllim heyəti tərəfindən bir sıra kriteriyalar üzrə qiymət verilib.

Yekun olaraq, 6 tələbə kafedradaxili seçim mərhələsindən uğurla keçərək, fakültə Tələbə Elmi Cəmiyyətinə üzv olmaq hüququnu qazanıb.

Sonda heyət tərəfindən seçilmiş ən yaxşı çıxışlar kafedra müdiri, əməkdar elm xadimi, tibb elmlər doktoru, professor İbrahim İsayev tərəfindən hədiyyələrlə təltif olundu.