ATU-da təhsil alan Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüş keçirilib. 

Novruz bayramı münasibətilə təşkil olunan görüşdə Universitetin rəhbər şəxsləri, tələbələri təbrik ediblər. 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov Novruzun Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardan olduğunu bildirib. Qeyd edib ki, bu il Novruz həm də on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən, daha əlamətdardır. O, mərhəmət və paylaşma bayramı olan Novruz və müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik edib. 

Görüşdə ATU-nun fakültə dekanları, Qızıl Aypara Cəmiyyətinin universitet üzrə nümayəndəsi, tibbi və bioloji fizika kafedrasının professoru Hüseyn Abıyev iştirak ediblər. 

Sonda tələbələrə bayram münasibətilə hədiyyə təqdim olunub.