Mayın əvvəllərində Azərbaycan Tibb Universitetində Tibb Festivalının keçirilməsi planlaşdırılır
Üç gün davam edəcək tədbir ATU-nun 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunur.
Aprelin 16-da ATU-nun rektoru, professor Gəray Gəraybəyli Tibb Festivalına hazırlıq üzrə işçi qrupun üzvləri ilə görüşüb. Toplantıda təşkilati məsələlər müzakirə olunub, iş bölgüsü aparılıb. Rektor bu genişmiqyaslı tədbirə hazırlıq işlərinin gedişi ilə maraqlanıb, tədbirin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə bir sıra göstərişlər verib.
Universitetin rəhbər şəxsləri, struktur bölmə rəhbərləri, eləcə də inzibati heyətin nümayəndələrinin iştirak etdiyi görüşdə Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxış edərək görülən işlər haqqında məlumatı diqqətə çatdırıblar.