“Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalının 2025-ci ildə ilk sayı işıq üzü görüb. Jurnalın bu sayında ATU-nun II və III Cərrahi xəstəliklər, Allerqologiya və immunologiya, Şüa diaqnostikası və terapiyası, II Uşaq xəstəlikləri kafedralarının və Elmi Araşdırmalar Mərkəzinin əməkdaşlarının məqalələri yer alıb
Həmçinin 2024-cü ilin dekabrında ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, “Azərbaycan Allerqoloq və İmmunoloqlar” cəmiyyətinin prezidenti, Azərbaycan respublikasının əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın təşəbbüsü ilə Bakı şəhərində keçirilən Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının I beynəlxalq konfransı haqqında məlumat dərc edilib.
Xatırladaq ki, jurnal 2013-cü ildə Azərbaycan Tibb Universiteti tərəfindən təsis olunub və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli qərarı ilə elmi-praktik nəşrlərin siyahısına əlavə edilib. Azərbaycan Respublikasında tibb elmləri üzrə fəlsəfə doktoru və tibb elmləri doktoru elmi dərəcələrinə iddia üçün yazılan dissertasiyaların əsas nəticələrinin nəşri üçün tövsiyə olunur. İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çıxan elmi-praktik jurnalın baş redaktoru professor Lalə Allahverdiyevadır.