Bu günlərdə Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ATU THİK) tərəfindən tələbələrə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnəyə qoyulan “O olmasın, bu olsun” və “Palata” tamaşalarına hədiyyə biletlər təqdim edilmişdir.
Bu cür addımlar, tələbələrin dünyagörüşünün artırılması, onların teatr sənətinə marağının gücləndirilməsi və asudə vaxtlarının daha səmərəli təşkili məqsədini daşıyır. Belə təşəbbüslərin gələcəkdədə nəzərdə tutulub.
Qeyd edək ki, ATU-nun tələbələri hər zaman mədəni-maarifləndirici tədbirlərdə böyük həvəslə iştirak edir və universitetin ictimai həyatına böyük töhvə verirlər.