10 may tarixində Liv Bona Dea Hospitalda "Mərhəmətlə toxunan əllər. Gələcəyi şəkilləndirən güc" adlı tibb bacıları və mamalar simpoziumu keçirilib.
İki paneldən ibarət olan simpoziumda "Tibb bacısı işi" ixtisasının tədris modeli, gələcək perspektivləri haqqında "Gələcəyin səhiyyə liderləri: Tibb bacılığı təhsil modelləri: Universitet modeli" adlı məruzə ilə Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin "Tibb bacısı işi" ixtisası üzrə proqram koordinatoru, dosent Fəxriyyə Məmmədova çıxış edib.
Həmin ixtisas üzrə təhsil alan IV kurs tələbəsi Fatimə Bayramova "Tələbə gözü ilə Tibb bacısı ixtisası: gələcək necə şəkillənir" mövzusunda təqdimatla çıxış edərək, TBİ üzrə təhsil alan tələbələrin peşələrinə yanaşması haqqında danışıb. Simpoziumda, həmçinin İctimai səhiyyə fakültəsinin digər tələbələri də iştirak ediblər.