ATU-nun dosenti Ege Universitetində qonaq məruzəçi olaraq iştirak edib

Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının dosenti t.ü.f.d. Rüfət Hüseynli Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində qonaq məruzəçi olaraq iştirak edib.

Dosent R.Hüseynli ORHUN mübadilə proqramı çərçivəsində Ege Universitetində tələbələr üçün ixtisasına uyğun mövzularda seminar dərsləri aparıb.

Ezamiyyə müddətində  əməkdaşımız periodontologiya və protez bölümlərinin təşkil etdiyi beynəlxalq simposyumda çıxış etmiş,habelə protez bölümü uzmanlıq tələbələri ilə seminar dərsləri aparıb.