Bizi izləyin:
Heydər Əliyev
ATU-nun iki kafedrasının birgə apardığı tədqiqat müsbət nəticəsini verib

ATU-nun iki kafedrasının birgə apardığı tədqiqat müsbət nəticəsini verib

    Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq və Radiologiya kafedraları əməkdaşlarının kəskin xolesistitlərlə bağlı birgə apardıqları elmi araşdırmalar öz müsbət nəticəsini verib.

    Belə ki, kəskin daşlı xolesistitin destruktiv formalarının inkişafını proqnozlaşdıran üsul işlənib hazırlanaraq klinik praktikaya tətbiq edilib. Öd kisəsindəki destruktiv dəyişiklikləri vaxtında proqnozlaşdırmağa imkan verən bu üsula -  050036 saylı ixtiraya Avrasiya Patenti alınıb.

   Bu patologiya ilə bağlı Avrasiya Patenti alan ikinci üsul da destruktiv xolesistitə daha erkən dövrdə diaqnoz qoymağa imkan verir.

   Həmçinin, bu iki kafedra əməkdaşlarının təxirəsalınmaz situasiyalada öd kisəsinin exoqrafik parametrlərindən və periferik qanın klinik analizi əsasında hematoloji inteqral indekslərdən istifadə etməklə işlənib hazırladıqları kəskin xolesistitin klinik formalarının differensial diaqnostikası üsulu da klinik praktikada özünü tam doğruldub. Bu üsula da - 053498 saylı ixtiraya Avrasiya Patenti alınıb.

   Aparılmış elmi-tədqiqat işlərinin nəticəsinin bir hissəsi İtaliyanın Milan şəhərində impakt dərəcəsi Q2 olan “Journal of Circulation Biomarkers” adlı jurnalda dərc edilib.

   Hepatobiliar cərrahlığın aktual problemi olan xoşxassəli mexaniki sarılığın klinik gedişinin proqnozlaşdırılması sahəsində aparılan elmi araşdırmaların nəticəsi hesabına bu ilin iyun ayının 19-da 053778 saylı İxtiraya Avrasiya Patenti alınıb.

   Təklif olunan üsulların müəllifləri professorlar - Cabbar Hacıyev, Novruz Hacıyev, Məlahət Sultan, dosentlər -  Vidadi Allahverdiyev, Elman Tagısoy, İsmayıl Qafarov, Şəhla Qasımova və ass. Nəcibə Eynullyevadır.  

Paylaş

Dostlarınız ilə paylaşın.