ATU-nun şöbə müdiri Qazaxıstanda olub

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrası müdirinin tədris işləri üzrə müavini, dosent Müşfiq Orucov bu günlərdə Qazaxıstanın Almatı şəhərində olub.

O, S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında dəvət olunmuş üzv qismində iştirak edib. Bununla yanaşı, M.Orucov universitet ilə tanış olub, fakültə dekanları və bəzi kafedraların professor-müəllim heyəti ilə görüşüb. Görüşlər zamanı universitetlərimiz arasındakı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi müzakirə olunub.