Əməkdaşımız Atatürk Universitetinin tələbələrinə məruzə oxuyub

Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının əməkdaşı t.ü.f.d. Yuris Bayramov 2 həftə ərzində Türkiyənin Atatürk Universitetində akademik fəaliyyət göstərib

O, Diş həkimliyi fakültəsinin Protetik diş müalicəsi kafedrasında tələbələrlə görüşüb, klinik məşğələlərdə iştirak edib.

Kafedradakı şəraitlə yaxından tanış olan əməkdaşımız, həmçinin universitetin 3, 4 və 5-ci kurs tələbələri üçün “Ortopedik stomatologiyada funksional ölçü problemi və həkim səhvləri” mövzusunda məruzə söyləyib. Məruzə tələbələr tərəfindən maraqla qarşılanıb, Y.Bayramov verilmiş sualları ətraflı şəkildə cavablandırıb