Mayın 14-18-də Niderlandda gənc mütəxəssislərin elmi mübadilə platforması hesab edilən 14-cü Beynəlxalq (Bio)Tibb Tələbə Konfransı (LIMSC — International (Bio)Medical Student Conference) keçirilib. Leyden şəhərində baş tutan bu mötəbər tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əcnəbi tələbələri də iştirak ediblər.
LIMSC konfransında dünyanın müxtəlif ölkələrindən gələn tədqiqatçılar elmi işlərini təqdim edir, aparıcı ekspertlərlə birlikdə tibb aləmində yenilikləri müzakirə edirlər. Gənc mütəxəssislərin şəbəkələşməsinə imkan yaradan bu tədbirdı seminarlar, məruzələrlə yanaşı, sosial fəaliyyətlər də təqdim olunub.
LIMSC konfransında Azərbaycan Tibb Universitetinin əcnəbi tələbələri Meysam Ghanbari Saray, Minhaalu Hassan Ali, Enes Emre, Matin Ghods və Muhammed Enes üc poster təqdim ediblər. İştirakçıların böyük marağına səbəb olan posterlər beyin iltihabı (ensefalit), Kavasaki xəstəliyi və pielonefrit mövzularına həsr olunub. Konfrans çərçivəsində ATU tələbələri həmçinin bir sıra vorkşopların da işinə qatılıblar.