ATU-nun əməkdaşı İtaliyada keçirilən konqresdə çıxış edib

Bu günlərdə İtaliyanın Venesiya şəhərində Beynəlxalq Piylənmə Cərrahiyyə Federasiyasının (IFSO) 13-cü Konqresi keçirilib

Konqres Avropa dövlətlərinin bariatrik - metabolik cərrahhiyyə sahəsində illərdir çalışan 1400  elm xadimlərinin, mütəxəssislərin iştirakı ilə baş tutub. Ölkəmizi konqresdə təmsil edən Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti Taryel Ömərov iki elmi məruzə ilə çıxış edib. 

Tədbir çərçivəsində Bariatrik və Metabolik Cərrahiyyə sahəsində dünya ekspertlərinin rəhbərlik etdiyi sessiyalar, innovativ cərrahi metod və texnologiyalara həsr olunmuş praktiki seminarlar, fəsadların müalicəsi ilə bağlı müzakirələr, video təqdimatlar və interaktiv panellər baş tutub.
Konqresdə bu sahədə olan ən son müalicə metodları haqqında danışılıb və şəbəkə tədbirləri təşkil olunub. Beynəlxalq Piylənmə Cərrahiyyə Federasiyasının (IFSO) 13-cü Konqresi bariatrik cərrahiyyənin son nailiyyətlərini və metodlarını öyrənmək üçün aparıcı mütəxəssislər üçün bir platforma rolunu oynayır.