ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev 21-23 may 2025-ci ildə Türkiyənin Niğde şəhərində keçirilən TUDAS - Türk Dövlətləri Araşdırmaları Simpoziumunda iştirak edib
Onun türk xalqlarının ortaq tarixinə yeni baxış və tarixi dərkin müasir problemlərini özündə geniş əks etdirən “Tarixi epistemologiya” mövzusunda məruzəsi yüksək qiymətləndirilərək simpoziumun sertifikiatına layiq görülüb.
Həmçinin professor Q.Əliyev bölüm rəhbəri olaraq çıxışları maraq doğuran simpozium iştirakçılarına sertifikatlar təqdim edib.