Tədris Cərrahiyyə Klinikasının akt zalında “Beyin ölümünün müasir diaqnostikası və orqan transplantasiyasında əhəmiyyəti” adlı seminar keçirilib
II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəylinin təşkilati dəstəyi ilə baş tutan seminarda Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d, reanimotoloq-anestezioloq Yeganə Abbasova və Mərkəzi Gömrük Hospitalının şöbə müdiri, t.ü.f.d, cərrah-transplantoloq Mircəlal Kazıminın məruzələri böyük maraqla qarşılanıb.