V.O.I.S. klubu gələcək həkimlər üçün EKQ mövzusunda maraqlı seminar təşkil edib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən V.O.I.S. (Xarici tələbələrin səsi) klubu gələcək həkimlər üçün EKQ üzrə maraqlı seminar təşkil edib

ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, t.e.d. Yasmin Rüstəmova tədbirdə çıxış edərək, hər bir cəmiyyətin inkişafı üçün sağlam əhalinin vacibliyini və bu sağlamlığın qorunmasında tibb işçilərinin rolunun əvəzsiz olduğunu qeyd edib.

Kardioloq Y. Rüstəmova elektrokardioqrafiya (EKQ) mövzusunda məruzəsində, onun yaranma tarixi və iş prinsipi haqqında ətraflı məlumat verib.

Tədbirin davamında, tələbələr arasında Kahoot oyunu keçirilib. Oyunun nəticələrinə əsasən, I yerə Banah Alras, II yerə Saud Alabrahim, III yerə isə Samreen layiq görülüblər.

Qeyd edək ki, V.O.I.S. klubu mütəmadi olaraq universitetin xarici tələbələri üçün müxtəlif mövzularda, təhsil, idman və mədəni tədbirlər təşkil edir.