Səmərqənd Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb universitetlərinin tələbə və gənc alimləri üçün “Fundamental, tətbiqi tibb və əczaçılıq sahəsində nailiyyətlər” adlı 79-cu Beynəlxalq elmi-praktik konfransı keçirilib
Azərbaycan Tibb Universitetinin tələbələri də bu nüfüzlu tədbirdə iştirak ediblər. ATU tələbələri öz ixtisaslarına uyğun müxtəlif elmi-praktiki mövzularda məruzələrlə çıxış edərək yüksək nəticələr əldə edərək, qaliblar arasında yer alıblar.
Tələbələrimizdən I yerə - I Müalicə profilaktika fakültəsindən 120R2b qrup tələbəsi Rafiq Aslanov , II Müalicə profilaktika fakültəsinin 220A10a qrup tələbəsi Həsənzadə Səbinə və 221A2a qrup tələbəsi Səfərli Həmid , Stomatologiya fakültəsinin 421A1a qrup tələbəsi Emin Abbasov, Əczaçılıq fakültəsinin 522R1b qrup tələbəsi Teymur Rəhimov, İctimai Səhiyyə fakültəsinin 321R1a qrup tələbəsi Qurbanlı Fərman, II yerə - I Müalicə profilaktika fakültəsinin 219A2a qrup tələbəsi Fidan Seyfullayeva, III yerə - I Müalicə profilaktika fakültəsinin 120A4b qrup tələbəsi Həmayə Sofiyeva və Hərbi Tibb fakültəsinin 620A1b qrup tələbəsi İqbal Babazadə layiq görülüblər.
Tələbələrimizi ürəkdən təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!