ATU-nun rezidenti beynəlxalq konqresdə sertifikatla tətlif olunub

18-22 may tarixində Belçikanın Brüssel şəhərində EUROMEDLAB 2025 - 26th IFCC-EFLM Congress of Clinical Chemistry and Laboratory Medicine (Klinik kimya və laborator tibb konqresi) adlı tədbir keçirilib

 Beynəlxalq konqresdə Azərbaycan Tibb Universitetini Professor Vik Blaton təqaüdünə layiq görülən AZKLMİB üzvü, həkim-rezident, mikrobioloq Ayşən Həsənova təmsil edib.  

“Sistemik Lupus Eritematozus: Klinik təcrübi halda diaqnostikasının gözdən keçirilməsi” mövzusunda maraqlı poster təqdim edən A.Həsənova EFLM prezidenti Mario Plebani tərəfindən xüsusi sertifikatla təltif olunub.