Azərbaycan nevroloqları İspaniyada səfərdə olublar

27-31 may tarixlərində Azərbaycan nevroloqlardan ibarət nümayəndə heyəti İspaniyanın Barselona şəhərində yerləşən Bellvitge klinikası, La ille xəstəxanası, Reabilitasiya mərkəzi, Ferrer zavodu  və  Barselona Universitetini ziyarət ediblər

 Səfərin məqsədi Barselona klinikalarında insultun idarə edilməsinin təşkili, Reabilitasiya mərkəzində insult reabilitasiyasının idarə edilməsi, habelə neyrofizioloji tədqiqatlar bölümünün işi ilə yaxından tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Azərbaycan Tibb Universitetinin professoru Sədaqət Hüseynova Ferrer zavodu ilə əməkdaşlıq çərçivəsində ATU və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda aparılmış elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumat təqdim edib. Görüş zaman ı yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.