ATU-nun əməkdaşı Türkiyədə keçirilən konqresdə çıxış edib 

22-25 may tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Obezite haftası” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının dosenti, t.ü.f.d Taryel Ömərov iştirak edib. 

Tədbirdə moderator və spiker qismində iştirak edən azərbaycanlı mütəxəssis ölkəmizdə bariatrik-metabolik cərrahiyyənin uğurları haqqında məlumat verib. Cərrah T.Ömərov həmçinin təkrar mədə kiçiltmə əməliyyatlarından bəhs edib. O, çıxışında Azərbaycan, Türkiyə və Türkdilli xalqaların  bariatrik cəmiyyətləri arasında dostluq əlaqələrinin əhəmiyyətindən də söz açıb: “TOSS, TOCV, IFSO, TCD, MBCD və piylənmə cərrahiyyəsi ilə əlaqəli olan bütün dərnəklərin iştirakı ilə baş tutan bu konqresdə elmi təşkilatı komitə üzvü olaraq yer aldıq. 2 panel idarəçi, 1 açılış çıxışı, 1 elmi çıxış və yeni faydalı görüşlərlə tədbiri başa vurduq”.