Bu günlərdə Azərbaycan Tibb Universiteti və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb
ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənədi Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev institutda keçirilmiş görüşdə direktor, professor Adil Allahverdiyevə təqdim edib.
Görüş zamanı professor A.Allahverdiyev ATU-nun nümayəndə heyətinə institutun elmi potensialı haqqında geniş məlumat verib, qonaqları institutun elmi-tədqiqat, klinik və biokimya laboratoriyaları, kitabxana, poliklinika, intensiv terapiya və digər şöbələri ilə tanış edib.
Qeyd edək ki, əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparıldığı görüşdə universitetimizin Elmi Tədqiqatların İdarə Olunması Departamentinin rəhbəri, professor Eldar Qarayev və Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti İlkin Nəsirli də iştirak ediblər.