Mayın 26-30-da S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin Biostatistika və elmi tədqiqatın əsasları kafedrasının müdiri Aymaxanova Ayzat və tədris işləri üzrə müavini İsmailova Madina ATU-nun Epidemiologiya və biostatistika kafedrasında akademik mübadilə çərçivəsində akademik fəaliyyət göstəriblər
Fəaliyyət zamanı əməkdaşlar mühazirələr oxuyub, kafedranın tədris proqramları ətrafında geniş müzakirələr aparıb və elmi təcrübələrini bölüşüblər.
Akademik fəaliyyətin sonunda ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor, əməkdar elm xadimi İbadulla Ağayev qazaxıstanlı əməkdaşlara sertifikatlar təqdim edib.