ATU-nun Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova 26-30 may tarixlərində Yunanıstanın Krit adasında keçirilən “Radiation Applications in Biomedicine – RAP-25” adlı beynəlxalq konfransda iştirak edib
Tədbir biotibb sahəsində radiasiya texnologiyalarının tətbiqinə dair aktual elmi və klinik problemlərin müzakirəsinə həsr olunub.
Konfrans çərçivəsində biokimya, immunologiya və molekulyar biologiya üzrə ayrıca elmi sessiyalar təşkil edilib. G.Əzizovanın "Metabolik sindrom fonunda inkişaf edən ürək çatışmazlığı zamanı adipokinlərin rolu” adlı məruzə çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxışın əvvəlində Azərbaycan Tibb Universitetinin fəaliyyəti və elmi nailiyyətləri haqqında məlumat verilib, sonda isə ölkəmizin coğrafi, mədəni və sosial-iqtisadi xüsusiyyətlərini əks etdirən qısa videomaterial təqdim olunub.
RAP-25 konfransı dünyanın 45 ölkəsindən tədqiqatçı və akademiklərin iştirakı ilə keçirilib. Dörd gün ərzində çoxsaylı elmi məruzələr, poster təqdimatları və interaktiv müzakirələr baş tutub.
Konfrans müddətində iştirakçılar Azərbaycan və xüsusilə universitetimizlə yaxından maraqlanıblar. Bu cür tədbirlər beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və ölkəmizin akademik nüfuzuna töhfə verir.