“ATU Jurnalı” tədqiqatçıları elmi işlərinin nəticələrini dərc etməyə dəvət edir

“Azərbaycan Tibb Universitetinin Jurnalı” tədqiqatçıları elmi işlərinin nəticələrini dərc etməyə dəvət edir

 Jurnal AAK tərəfindən məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Dərc edilən hər bir məqaləyə DOİ nömrəsi verilir. Məqalələrin qəbulu 30.09.2025 tarixinə qədər qüvvədədir. Məqalələrə qoyulan tələblərlə jurnalın www.atuj.az saytında tanış olmaq olar. Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul olunur. Əlavə məlumat üçün ATU Elmi Tədqiqatların İdarəolunması Departamentinə müraciət edə bilərsiniz (E-mail: atujournal@amu.edu.az).