İşçi qrupunun növbəti iclası keçirilib

 

İşçi qrupun növbəti iclası keçirilib

 

Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiya fəaliyyətinin davam etdirir.

Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupun növbəti iclası keçirilib.

İclasda Tədris işləri üzrə prorektor, professor Nazim Pənahov çıxış edib. O, iclasda fizioterapiyanın ixtisaslaşmaları - nevrologiyada fizioterapiya, ortopediyada fizioterapiya, pediatriyada fizioterapiya, protez-ortopediya, idmanda fizioterapiya ixtisaslaşmaları və tədris proqramının hazırlanması istiqamətində görülən işlərlə bağlı müzakirələrin olacağını diqqətə çatdırıb.

Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov işçi qrupunun bu günədək olan fəaliyyətindən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tələbi ondan ibarətdir ki, magistratura pilləsində kadr hazırlanması üçün tədris proqramları, universitetin tədris bazası, müəllim fondu və s. müasir standartlara cavab verməlidir: “Bununla bağlı universitetin rektoru, professor Gəray Gəraybəylinin konkret göstərişi ondan ibarət olub ki, hazırlanan tədris proqramı bütün göstəricilərə cavab verdikdən sonra həmin ixtisaslaşmalara plan yerləri üzrə müraciət olunsun. Bu səbəbdən fizioterapiya ixtisası ilə bağlı işimizi yekunlaşdıraraq, lazımi sənədləri Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etmək niyyətindəyik”.