ATU-nun əməkdaşı Avstriyada keçirilən seminarda iştirak edib 

Azərbaycan Tibb Universitetinin Epidemiologiya və Biostatistika kafedrasının assistenti Nazxanım Qasımova 25 - 31 May tarixlərində  keçirilən "İnfeksion Xəstəliklər üzrə Salzburq WEILL CORNELL seminarı"nda iştirak edib
Seminar infeksion xəstəliklər üzrə ən son protokollar və yeniliklərə həsr edilib. Tədbirdə Avropa və müxtəlif ölkələrdən 40 həkim-mütəxəssis iştirak edib.  
ATU-nu təmsil edən, N.Qasımova, seminarda "Ağırlaşmış yumuşaq toxuma infeksiyalarının idarə edilməsi" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir zamanı həmçinin sertifikasiya keçirilib. Seminarın sonunda isə iştirakçılar üçün konsert proqramı təşkil olunub. 
Qeyd edək ki, seminar Avstriyanın Salzburq şəhərində, tarixi Arenberq qəsrində baş tutub.