ATU Jurnalı haqqında vebinar keçirilib 

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarəolunması Departamentinin təşəbbüsü ilə zoom platformasında “Azərbaycan Tibb Universitetinin Jurnalı” (www.atuj.az) saytından istifadə qaydaları haqqında vebinar təşkil olunub
 Vebinarda ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentin koordinatoru, Patoloji fiziologiya kafedrasının dosenti Sevinc Pənahova “Azərbaycan Tibb Universitetinin Jurnalı” (www.atuj.az) saytından istifadə qaydaları haqqında ətraflı məlumat verib. Saytdan qeydiyyatdan keçmək qaydaları, məqalələrə qoyulan tələblər, əlyazmaların sayta yüklənməsi, ədəbiyyat siyahısının hazırlanması qaydaları, rəyə göndərilmə və s. məsələlər əyani şəkildə izah edilib. 
Vebinarda həmçinin EBSCO platformasından distant olaraq istifadə qaydaları, EBSCO və Clarivate tərəfindən keçirilən vebinarlar haqqında məlumat verilib.