Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Aylin Xəlilova göstərib. O, maksimum nəticə olan 400 bal toplayaraq birinci mərhələdə fərqlənib.
A.Xəlilova Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O hər iki imtahan mərhələsinin nəticələrinə əsasən 697.5 bal toplayaraq IV ixtisas qrupu üzrə respublika birincisi olub.
AzEdu.az saytı abituriyentlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib. O bildirib ki, Azərbaycan Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil almaq istəyir.
"6 illik bakalavr təhsilimi Azərbaycanda almağı düşünürəm. ATU-nu bitirdikdən sonra uzmanlıq üçün isə hələlik Almaniyanı nəzərdə tutmuşam, amma bunu da gələcək göstərəcək. Ancaq mütləq xaricdə təhsil alıb, ölkəmə qayıtmaq istəyirəm", - Aylin qeyd edib.