Əməkdaşımızın elmi fəaliyyəti çoxşaxəli tədqiqatları əhatə edir

Universitetimizin əməkdaşları ən müxtəlif istiqamətləri əhatə edən elmi işləri ilə seçilir

Belə işlər arasında Q faktorlu nəşrlərdə işıq üzü görənlər daha önəmlidir.

Elmi tədqiqatlara xüsusi maraq göstərən əməkdaşlarımızdan biri də hazırda Tibbi və bioloji fizika kafedrasında dosent vəzifəsində çalışan Xəyalə Məmmədovadır. Onun elmi fəaliyyəti tibb, biotexnologiya və biofizikanın kəsişməsində duran müasir və çoxşaxəli tədqiqatları əhatə edir. X.Məmmədova bioloji fizika sahəsində uzun illərdir aparıcı tədqiqatçılardan biri olaraq fəaliyyət göstərir və beynəlxalq jurnallarda dərc olunan yüksək impakt faktorlu məqalələri ilə tanınır.

O təkcə 2025-ci ildə Q1 və Q2 indeksli nüfuzlu beynəlxalq jurnallarda ümumilikdə 5 elmi məqalənin müəllifi kimi çıxış edib. Onun elmi işlərinin mövzu dairəsi də genişdir: Bacterial oncolytic therapy as a novel approach for cancer treatment in humans - Bakterial onkolitik terapiya: xərçəng müalicəsinə yeni yanaşma ("Cancer Treatment and Research Communications" jurnalı, Q2); Genome-Wide Study of Diabetes Mellitus (Type 2): Associated Genes in Homo sapiens - Diabetes mellitusun genomik tədqiqi (tip 2): Homosapiensdə əlaqəli genlər ("The Journal of Gene Medicine”, Q2); Extending Shelf Life of Grapes and Tomato: The Efficacy of Chitosan/PVA Films Strengthened by Terminalia Arjuna Extract and Aloe Vera - Üzüm və pomidorun istifadə tarixinin uzadılması: Xitosanın effektivliyi/Terminalia arjuna ekstraktı və aloe vera ilə zənginləşdirilmiş PVA ("Waste and Biomass Valorization”, Q2); Synthesis, characterization, antimicrobial and antiproliferative activities, molecular docking, and physicochemical properties of novel hydrazinecarbothioamide derivatives - Hidrazinkarbotioamidin yeni törəmələrinin sintezi, xarakteristikası, antimikrobiyal və antiproliferativ aktivliyi, molekulyar dokinq və fiziki-kimyəvi xüsusiyyətləri ("Journal of Molecular Structure”, Q1); Microwave-assisted synthesis of superabsorbent agar-based magnetic composite hydrogel for drug delivery and anti-inflammatory studies - İltihab əleyhinə dərman tədqiqatları üçün superabsorbent maqnit kompozit hidrogelin mikrodalğalı sintezi ("Results in Engineering”, Q1).

Bundan əlavə, X.Məmmədova “Springer” nəşriyyatında dərc olunmuş “Sustainable Cosmeceuticals: Integrating Natural and Biotechnological Innovations” (Davamlı kosmetika: təbii və biotexnoloji innovasiyaların inteqrasiyası) adlı beynəlxalq səviyyəli kitabda 2-ci fəslin (“Skin: Structure, Function, and Permeability Studies for Delivery of Active Agents” - Dəri: aktiv maddələrin təsiri üçün struktur, funksiya və dəri keçiriciliyi üzrə tədqiqat) müəllifidir.

Xəyalə Məmmədovanın elmi maraqları molekulyar biotexnologiya, dərman daşıma sistemləri, biomateriallar, biofiziki proseslər və onların klinik tətbiqləridir. O, həmçinin molekulyar dokinq və bioinformatik analizlər üzrə də ixtisaslaşıb. Onun elmi araşdırmaları yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də praktiki tibbə yönəlmiş tətbiqlərlə zəngindir. Eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan X.Məmmədova Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Oman kimi ölkələrin alimləri ilə sıx əməkdaşlıq edir.