Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya Radioloqlarının 11-ci Beynəlxalq konfransı təşkil olunub
Konfransda Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultan və həmin kafedranın əməkdaşı həkim radioloq Gülər Qorçiyeva iştirak ediblər, bu beynəlxalq tədbirdə ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
30-dan çox ölkənin tanınmış radioloqlarını bir araya gətirən və ənənəvi olaraq hər il Astana şəhərində keçirilən bu möhtəşəm konfransda nümayəndələrimiz radiologiya sahəsindəki son tədqiqatlarını təqdim edərək həmkarları ilə təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, peşəkar inkişaf, elmi əməkdaşlıq, tibbi biliklərin paylaşılması və innovasiyaların tətbiqi sahəsində bu cür tədbirlər böyük əhəmiyyət daşıyır.