ATU tələbələri İNNOLAND-da inkubasiya proqramında iştirak edirlər

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində həyata keçirilən IV Tusi inkubasiya proqramına uğurla qoşulublar.

ATU tələbələri proqram çərçivəsində öz tibbi startap layihələri üzərində işləyərək onları inkişaf etdirirlər. İştirakçılar peşəkar mentorluq dəstəyi, biznes təlimləri, müasir iş məkanlarından istifadə və ideyalarını hazır məhsul səviyyəsinə çatdırmaq imkanı əldə edirlər.

Bu tədris ilində proqram çərçivəsində keçirilən son peşəkar görüşdə tələbələr layihələrinin yenilənmiş versiyalarını təqdim edib, gələcək planlarını və növbəti addımlarını müəyyənləşdiriblər.