ATU Elmi araşdırmalar mərkəzində seminar keçiriləcək

Diqqət!

İyulun 8-i saat 11:00-da ATU-nun Elmi Araşdırmalar Mərkəzinin akt zalında seminar keçiriləcək.

Təşkil olunan seminarda dövlət programı iştirakçısı Səbinə Hacızadə tərəfindən “Gümüş Nanohissəcikləri və Spektral Mavi İşığın Kolorektal Xərçəng Hüceyrələrinə Qarşı Fotodinamik Təsiri” mövzusu haqqında çıxış təqdim olunacaq. Qeyd edək ki, Səbinə Hacızadə Heidelberg Universitetində, Mannhaym Tibb Fakültəsi Molekulyar tibb ixtisası üzrə təhsil alır.