Ümumdünya Allergiya ilə Mübarizə Günü hər il iyulun 8-də qeyd olunur
Bu günün keçirilməsində əsas məqsəd allergik xəstəliklər və onların insanların həyatına təsiri haqqında cəmiyyəti maarifləndirməkdir.
Allergiyalar burun axması və göz qaşınmasından tutmuş anafilaktik şok kimi ciddi reaksiyalara qədər müxtəlif simptomlarla özünü göstərə bilər.
Ümumdünya Allergiya ilə Mübarizə Günü bizə allergiyanın diaqnostikasının və müalicəsinin vacibliyini və bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini xatırladır.