Azərbaycan Tibb Universiteti – Magistratura Təhsili (2025–2026)

1. Ümumi məlumat

Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsili müasir tibb elminin tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edir. Tədris Boloniya prinsipləri və Avropa Kredit Transfer Sisteminə (AKTS) uyğun təşkil olunur. Təhsil forması – əyani; təhsil müddəti adətən 2 il, bəzi ixtisaslar üzrə 1,5 ildir.

2. Qəbul qaydaları və ixtisaslaşmalar

Qəbul Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlar əsasında aparılır. Qəbul üçün uyğun bakalavriat ixtisaslarına dair siyahılar, minimal keçid balları və ixtisas uyğunluğu ATU-nun və DİM-in rəsmi saytlarında yerləşdirilir.
Tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə təşkil oluna bilər.

3. Tədris olunan magistr ixtisasları və ixtisaslaşmalar

İxtisas və ixtisaslaşmalar aşağıdakı kimi təsnif olunur:

• 7002013 – Psixologiya: Klinik (tibbi) psixologiya 
• 7004008 – Menecment: Səhiyyə menecmenti*, Əczaçılıq menecmenti* 
• 7005001 – Biologiya: Biokimya, Mikrobiologiya 
• 7009001 – Əczaçılıq:
  - Əczaçılıq kimyası
  - Farmakoqnoziya
  - Əczaçılıq texnologiyası
  - Toksikoloji kimya
  - Əczaçılıq kosmetologiyası
  - Ədliyyə toksikologiyası
  - Farmakologiya
  - Əczaçılıq fitoterapiyası
  - Klinik əczaçılıq
  - Sənayedə əczaçılıq analizi

• 7009002 – Fizioterapiya: Nevrologiyada, Kardiopulmonar, Protez-ortez və biomexanika, İdmanda fizioterapiya 
• 7009003 – İctimai səhiyyə: Tətbiqi ictimai səhiyyə, Ətraf mühit və sağlamlıq, Əmək sağlamlığı, Epidemiologiya, İnfeksiyaların profilaktikası və nəzarət 
• 7009005 – Qidalanma və dietologiya: Qida keyfiyyəti və təhlükəsizliyi, Nutrisiologiya 
• 7009006 – Tibb bacısı (qardaşı) işi:
  - Cərrahiyyədə
  - Mama-ginekologiyada
  - Təcili tibdə
  - Pediatriyada
  - Stomatologiyada
  - Anesteziologiya və reanimatologiyada

Qeyd: "Səhiyyə menecmenti" və "Əczaçılıq menecmenti" ixtisaslaşmaları üzrə:

  • Təhsil müddəti: 1,5 il
  • Kredit yükü: 90 kredit
  • Tədris həm səhər, həm də axşam növbələrində təşkil olunur
  • Bu proqramlarda magistrlik dissertasiyası təqdim olunmur

🔵 Digər bütün ixtisaslaşmalar üzrə:

  • Təhsil müddəti: 2 il
  • Kredit yükü: 120 kredit
  • Tədris yalnız səhər növbəsində aparılır
  • Dissertasiya işi məcburidir

4. Tədris prosesi və qiymətləndirmə

Magistrantlar fərdi tədris planı (FTP) üzrə təhsil alır. Qiymətləndirmə 100 ballıq sistem üzrə aparılır və aşağıdakı şəkildə bölünür:

• Cari fəaliyyət – 50 bal 
• İmtahan – 50 bal

Qiymətlər: A (91–100), B (81–90), C (71–80), D (61–70), E (51–60), F (0–50)

5. Elmi-tədqiqat və pedaqoji fəaliyyət

Magistrantlar tədris müddətində elmi-tədqiqat və elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə 180 saatdan az olmamaqla həyata keçirilir və gündəlik, hesabat, təqdimat ilə müşayiət olunur.

6. Magistrlik dissertasiyası

Dissertasiya ixtisas üzrə aparılan müstəqil elmi tədqiqat işidir. Mövzu ilk semestrdə seçilir və müdafiə üçün təqdim olunmazdan öncə elmi rəhbər və kafedra tərəfindən təsdiq edilir. Müdafiə açıq şəkildə keçirilir.

7. Təqaüdlər və sosial dəstək

• Akademik təqaüdlər – ÜOMG ≥ 71 olan tələbələrə 
• Prezident təqaüdü – xüsusi fərqlənmə halında 
• Sosial təqaüdlər – ehtiyacı olan və ya sosial həssas qruplara aid tələbələrə

8. Beynəlxalq mübadilə proqramları

ATU magistrantları Erasmus+ və Orhun proqramları çərçivəsində tərəfdaş universitetlərdə 1 semestrlik təhsil ala bilərlər.
Tələbələrə aylıq təqaüd, yol və yaşayış xərcləri üçün dəstək göstərilir.

10. 2025-2026 – cı tədris ilində Azərbaycan Tibb Universitetinin magistratura səviyyəsində ixtisaslaşmalar üzrə qəbul planı və baza kafedralar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

Azərbaycan Tibb Universiteti

Magistratura İxtisasları , Təhsil Haqqı  və baza kafedralar (2025–2026)

İxtisasın şifri

İxtisasın adı

Cəmi yer

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

İllik təhsil haqqı (AZN)

Baza kafedralar

1

7002013

Psixologiya – Klinik (tibbi) psixologiya

15

10

5

-

4000

Psixiatriya

2

7004008

Menecment

40

30

10

-

-

-

   

Səhiyyə menecmenti*

20

15

5

-

4000

İctimai sağlamlıq və səhiyyənin təşkili

   

Əczaçılıq menecmenti*

20

15

5

-

4000

Əczaçılıq texnologiyası və idarəçiliyi

3

7005001

Biologiya

16

11

5

-

-

-

   

Biokimya

10

5

5

-

4000

Bioloji kimya

   

Mikrobiologiya

6

6

0

-

4000

Tibbi mikrobiologiya və immunologiya

4

7009001

Əczaçılıq

32

32

0

-

-

-

   

Əczaçılıq kimyası

8

8

0

-

4000

Əczaçılıq kimyası

   

Farmakoqnoziya

8

8

0

-

4000

Farmakoqnoziya

   

Əczaçılıq texnologiyası

8

8

0

-

4000

Əczaçılıq texnologiyası və idarəçiliyi

   

Toksikoloji kimya

8

8

0

-

4000

Əczaşılıq toksikologiyası və kimya

5

7009002

Fizioterapiya

18

18

0

-

-

-

   

Nevrologiyada fizioterapiya

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

   

Ortopediyada fizioterapiya

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

   

Pediatriyada fizioterapiya

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

   

Kardiopulmonar fizioterapiya

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

   

Protez-ortez və biomexanika

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

   

İdmanda fizioterapiya

3

3

0

-

4000

Fizioterapiya və tibbi reabilitasiya

6

7009003

İctimai səhiyyə

15

15

0

-

-

-

   

Tətbiqi ictimai səhiyyə

3

3

0

-

4000

İctimai sağlamlıq və səhiyyənin təşkili

   

Əmək sağlamlığı

3

3

0

-

4000

Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı

   

Epidemiologiya

3

3

0

-

4000

Epidemiologiya və biostatistika

   

Ətraf mühit və sağlamlıq

3

3

0

-

4000

Qidalanma və tibbi ekologiya

   

İnfeksiyaların profilaktikası və nəzarət

3

3

0

-

4000

Epidemiologiya və biostatistika

7

7009004

İdman tibbi və reabilitasiyası

3

3

0

-

4000

-

8

7009006

Tibb bacısı (qardaşı) işi

18

18

0

-

-

-

   

Cərrahiyyədə tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

III Cərrahi xəstəliklər

   

Mama-ginekologiyada tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

I mamalıq ginekologiya

   

Təcili tibdə tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

Təcili tibb kafedrası

   

Pediatriyada tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

II Uşaq xəstəlikləri

   

Stomatologiyada tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

Terapevtik stomatologiya

   

Anesteziologiya-reanimatologiya və intensiv terapiyada tibb bacısı (qardaşı) işi

3

3

0

-

4000

Anesteziologiya və reanimatologiya kafedrası


Qeyd:

  • Təhsil müddəti Səhiyyə menecmenti və Əczaçılıq menecmenti ixtisaslaşmaları üçün 1,5 ildir.
  • Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmur, ona görə də məzunlar doktoranturada təhsilini davam etdirə bilməz.
  • Bütün digər ixtisaslar üzrə təhsil müddəti 2 ildir, dissertasiya işinin müdafiəsi tələb olunur.

9. Əlaqə
📍 Ünvan: Bakı şəhəri, Azərbaycan Tibb Universiteti
📞 Tel: (+994 12) 597 44 83
📩 E-mail: pgme@amu.edu.az ; ememmedova1@amu.edu.az
🌐 www.amu.edu.az
📘 Facebook: facebook.com/groups/251637263665825
📸 Instagram: instagram.com/atumagistratura