Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfransın tezislərin qəbuluna start verilir
Hörmətli həmkarlar!
2025-ci il 30-31 oktyabr tarixində Azərbaycan Tibb Universitetində görkəmli alim və tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” adlı elmi-praktik konfrans keçiriləcəkdir.
Konfransın 1-ci günündə Rəsmi açılış mərasimi və professor-müəllim heyətinin elmi konfransı, 2-ci günündə Cərrahi profilli rezidentlərin ümumrespublika forumu və TEC-nin konfransları keçiriləcəkdir.
Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- - Tezislər müasir cərrahiyyənin və cərrahi patologiyalarla əlaqəli tibb sahələrinin ən aktual problemlərinə həsr olunmalı, orijinal xarakter daşımalı və təkrar olmamalıdır
- - Tezislər Azərbaycan və ya ingilis dillərində yazılmalıdır
- - Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 1,5 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir
- - Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
- - Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün- müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi) qeyd edilməlidir
- - Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır
- - Tezislərin elektron variantı 30 sentyabr 2025-ci il tarixinə kimi [email protected] E- mail ünvanına göndərilməlidir
- - Tezislərin çap variantı eyni zamanda birinci səhifədə kafedra müdiri və ya elmi rəhbərin dərkənarı olmaq şərtilə 30 sentyabr 2025-ci il tarixinə kimi ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentinə təqdim edilməlidir
- - Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcəkdir.
-
Əlaqələndirici şəxs: Püsən Məmmədova (050 529 45 55), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti
Nümunə forması
QARIN BOŞLUĞU ORQANLARININ ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ VİDEOLAPAROSKOPİYANIN ROLU
Həsənov Cavid Həsən oğlu
Azərbaycan Tibb Universiteti, Ümumi cərrahlıq kafedrası
Giriş ............................
Tədqiqatın məqsədi ..........................
Material və metodlar ...................................
Nəticələr ...................................
Müzakirə / Yekun...................................
Açar sözlər ...................................