ATU-nun müəllim-professor heyətinin və əməkdaşlarının nəzərinə!

Bildiyiniz kimi kiberdələduzlar vətəndaşlara bütün qurumlar və ya qurum rəhbərləri adından saxta mesajlar göndərərək, onları şühbəli və saxta keçidlərə yönlədirirlər

Diqqət!

 Son vaxtlar sosial media platformalarında (Telegram, Whatsapp, Facebook və s.) universitetimizin məsul şəxsləri adından saxta profillər yaradılaraq onlara istinadən müxtəlif xarakterli mesajlar yayılır

Bu zaman ATU-nun məsul şəxsləri adından həqiqəti əks etdirməyən məlumatlar yazılır və müxtəlif istəklər, müəyyən maliyyə əməliyyatlarının aparılması istənilir. 

Sizi tam diqqətli olmağa, bu cür hallarda ayıq-sayıq davranmağa və dərhal aidiyyəti üzrə rəhbərliyə məlumat verməyə çağırırıq. Xahiş edirik ki, sosial media hesablarınızda şəxsi məktub qutusuna bu xarakterli mesajlar aldığınızda, onlara cavab verməyin, göndərilən keçidləri (linkləri) açmayın, mobil nömrə və digər fərdi məlumatlarınızı daxil etməyin, heç bir kod göndərməyin. Həmçinin şəxsi və bank məlumatlarınızı da mesajda təqdim olunan keçidlərə  (URL) əlavə etməyin.

ATU-nun məsul şəxsləri adından saxta profillərdən göndərilən qanunsuz tələblər, kiberdələduzluq hallarına rast gəlsəz, bu barədə dərhal universitetin aidiyyəti üzrə rəhbərliyə məlumat verilməyinizi sizdən xahiş edirik.