ATU doktorantlarının  nəzərinə!

Erasmus+ KA171 Proqramı üzrə Doktorantlar üçün Təcrübə (Traineeship) Mobilliyi elan olunur

Azərbaycan Tibb Universiteti və Afyonkarahisar Sağlamlıq Elmləri Universiteti (AFSU) arasında imzalanmış Erasmus+ KA171 İkili Müqavilə çərçivəsində 2024/2025-ci tədris ili üçün doktorantlar üçün qısamüddətli təcrübə (traineeship) mobilliyi elan olunur.

Mübadilə proqramı üçün namizədlərə qoyulan tələblər:

  • CV (İngilis dilində, Europass formatı tövsiyə olunur)
  • Motivasiya məktubu
  • Doktorant statusunu təsdiq edən arayış və transkript
  • İngilis dili sertifikatı (B1)
  • Elmi rəhbərin tövsiyə məktubu
  • Yerləşmə formu (formu qoşmada əlavə edirik)
  • Paportun surəti

Mobillik imkanları

  • Proqram yalnız 1 doktorant üçün nəzərdə tutulur.
  • Təcrübə müddəti və tarixləri ayrılmış büdcə çərçivəsində müəyyən ediləcək.
  • Təcrübə müvafiq fakültələr və ixtisas sahələrinə uyğun olaraq aparılacaq.

Mobillik barədə ümumi məlumat

  • Bu proqram üzrə müəyyən edilmiş müddət: 9 gün
  • Mobillik dövrü: dəqiq tarixlər qəbul edən universitet tərəfindən təsdiqlənəcək.
  • Mobillik yalnız həftə içi günlərində başlamalı və bitməlidir.

İştirak edə biləcək sahələr (ISCED kodları üzrə)

  1. 0911 – Stomatologiya:
  2. 0912 – Tibb
  3. 0915 – Fizioterapiya və Reabilitasiya
  4. 0916 – Əczaçılıq

Maliyyə dəstəyi

  • Qısamüddətli doktorant mobilliyi üçün gündəlik məbləğ:
  • Bu proqram üzrə 9 günlük təcrübə: 711 €
  • Bakı – Afyonkarahisar məsafəsi (500–1999 km): 309 €
  • Əlilliyi olan tələbələr üçün əlavə qrant dəstəyi: 100 €

Ümumi qrant məbləği: 1020 €

Mübadilə proqramına müraciət etmək istəyən doktorantlar payız tələb olunan sənədləri 23 sentyabr  2025-ci il tarixinədək Beynəlxalq Əlaqələr Şöbəsinin [email protected]  elektron ünvanına göndərərk qeydiyyatdan keçə bilərlər.

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi